Kosmos turizminə kəskin maraq: Qiymətlər…

Kosmos turizminə kəskin maraq: Qiymətlər…

Turizm Strateji və Araşdırma Mərkəzi (TURSAM) son illərdə gündəmə gələn kosmos turizmi haqqında hesabat hazırlayıb.

AzerTimes xəbər verir ki, hesabatda kosmosa birgünlük uçuşun qiymətinin 200 min dollar, kosmik fəzada qalmanın isə 9,5 milyon dollar olduğu qeyd edilib.

Hesabatda qeyd olunub ki, 2029-cu ilədək kosmos turizmi bazarının 26 faiz artması, bu sahədə şirkətlərin gəlirlərinin isə 4 milyard dollara çatması proqnozlaşdırılır. Komik gəmiləri təkrar istifadə etmək üçün istehsal edən şirkətlər isə sifarişləri daha ucuz qiymətlərlə qəbul edir ki, bu da kosmos turizminin sürətli inkişafına şərait yaradır. ABŞ-ın Milli Aerokosmik Agentliyinin (NASA) sifarişlərini əldə edən və kosmik gəmiləri daha az maliyyətlə istehsal edən İlon Maskın “SpaceX” şirkəti 2008-ci ildən 2022-ci ilədək kosmik fəzaya 200 raket buraxıb. Bu şirkət cari ildə daha 88 raket buraxmağı planlaşdırır.

“Blue Origin” şirkəti 2011-ci ildə Yerin aşağı orbitinə 3 nəfəri daşıyan kosmik gəmi ilə sınaq uçuşu həyata keçirib. Başlanğıc mərhələdə bir biletin qiyməti 2,8 milyon dollar olsa da, şirkət kosmos turistlərinə daha ucuz başa gələcək səyahətlər həyata keçirməyi planlaşdırır.

“Orion Span” şirkəti isə Yer kürəsindən 322 kilometr yüksəklikdə lüks kosmos oteli tikməyi nəzərdə tutur. İki nəfər ekipaj üzvü və 4 turistin qalacağı bu otelin adambaşına qiyməti 9,5 milyon dollardan başlayacaq.

Teqlər: