Kosmetologiyada yeni bir istiqamət olan korneoterapiyanı ÄSTHETIK LAB-da sınayın

ÄSTHETIK LAB -da aksiya iştirakçısı olub, dərinizi qoruyacaq və gücləndirəcək fraksiyalı mezoterapiyanın təsiri ilə mikrotok terapiyasının effektivliyini öz üzərinizdə sınaya bilərsiniz.

Кorneoterapiya dərinin qoruyucu baryerini qorumaq üçün təqdim olunub. Korneoterapiya – təsiri buynuz qatının funksiyalarını bərpa etməyə və qorumağa yönəlmiş üsul və vasitələrin birləşməsidir.

Bu istiqamətin əsas prinsipləri bunlardır: dərinin qorunması, bərpa prosesinin təmin edilməsi, dəri müalicəsinə fərdi yanaşma, dəri vəziyyətinin diaqnostikası, buynuz qatının quruluşunu bərpa edən maddələrin istifadəsi.

Korneoterapiya vasitələri buynuz qatına çatmayan maddələrin defisitini tamamlayır. Baryer funksiyalarının qorunması və gücləndirilməsi hər yaşda, hər hansı problem olduqda və hər növ dəri üçün lazımdır. Bu şəkildə dəri lazımlı qidalanma, nəmləndirmə alır və gəncliyini uzun illər saxlayır.

Mikrotokun hüceyrə səviyyəsində zərif təsiri metobalizm proseslərini aktivləşdirir, qan dövranını yaxşılaşdırır, limfa axınını stimullaşdırır. Həmçinin mikrotok qan damarlarına, əzələlərə və yağ toxumasına müsbət təsir göstərir.


ÄSTHETIK LAB klinikasının mütəxəssisləri dərinizin qayğısına qalacaqlar. Almaniyanın müasir avadanlığı ilə təchiz olunmuş klinika üç korpusdan, 100 -dən çox prosedur otağından ibarətdir. Klinikanın əsas istiqamətləri aparat kosmetologiyası və trixologiyadır. Klinikada 100 -dən çox mütəxəssis çalışır.

Ünvan: Koroğlu Rəhimov küçəsi, 47

Prosedurlara qeyd edilmiş əlaqə nömrələri ilə qeydiyyatdan keçə bilərsiniz: +994125555534, +994504000303

Teqlər: