Koronavirusun “omikron” ştammı 38 ölkədə aşkar edilib – ÜST

Koronavirusun “omikron” ştammı hazırda 38 ölkədə aşkar edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə Ümudünya Səhiyyə Təşkilatının eksperti Mariya van Kerkxove bildirib.

Onun sözlərinə görə, söhbət ÜST-nin “hər altı regionunda” yerləşən dövlətlərdən gedir.

Ekspert bildirib ki, Cənubi Afrikadan gələn məlumata görə, orada virusa yoluxanların sayı artır:

” [Omikron ştammının] daha yüksək keçicilik səviyyəsinə malik olması ehtimalı var”.

“Amma hələ də dünyada üstünlük təşkil edən “delta” variantı ilə müqayisədə onun az və ya çox yoluxucu olduğunu bilməliyik”.