Dünyada gündəlik qeydə alınan koronavirusa yhadisələrinin sayında azalma müşahidə olunur, lakin sayıq qalmaq və pandemiyaya qarşı mübarizə tədbirlərinə riayət etməyə davam etmək vacibdir.
AzerTimes-ın məlumatına görə, bu barədə brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkxove deyib.
Ekspert bildirib: “Həqiqətən gündəlik aşkarlanan yoluxma hallarının sayında azalma müşahidə edirik. Bu, bir sıra amillərlə bağlıdır, lakin ilk növbədə ölkələrin yeni halların qarşısını almaq üçün həyata keçirdiyi tədbirlər sayəsindədir”.
Onun sözlərinə görə, peyvəndlərin də rolu var, lakin bu, tədbirlərin ləğv edilə biləcəyi demək deyil: “Bir çox ölkə üçün çox əhəmiyyətli dövr başlayıb. Tətbiq edilən məhdudiyyətlərə riayət etməyə davam etmək və məhdudiyyətlərin ləğvi məsələsinə çox diqqətli yanaşmaq lazımdır”.