Çində koronavirusa 12 yeni yoluxma halı qeydə alınıb

Çində ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 12 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, yeni yoluxma hallarının sayı dekabrın 17-dən bu günədək qeydə alınan gündəlik ən az yoluxmadır.


Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 89 681 nəfərə çatıb. Hazırkı dövrədək koronavirusdan 4 636 nəfər vəfat edib.