“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə
tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən
müddətli əlavənin müddəti uzadılıb.
AzerTimes-ın məlumatına görə,
bununla bağlı “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə
mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına
müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli
Qərarında dəyişiklik edilib.
Baş nazir Əli Əsədovun imzaladığı dəyişikliyə əsasən tibb
işçilərinə əlavələrin müdəti martın 1-dən mayın 1-dək uzadılıb.