Aprel döyüşlərində şəhid olan pilotların xatirəsi anılıb (FOTO)

Aprelin 2-də Aprel döyüşləri zamanı qoşunların təmas xəttində
Ermənistan silahlı bölmələrinin hücumunu dəf edərkən qəhrəmancasına
şəhid olan pilotlar – mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə
və baş leytenant Əbu Bəkir İsmayılovun anım günü münasibətilə
tədbir keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, ikinci Şəhidlər xiyabanında keçirilən
tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət
nümayəndələri, şəhidlərin ailə üzvləri və döyüş yoldaşları onların
məzarlarını ziyarət edərək önünə əklil və gül dəstləri düzüblər,
xatirələrini yad ediblər.

Əvvəlcə xalqımızın ümummilli lider Heydər Əliyevin və
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladların
xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə çıxış edənlər şəhidlərimizin şərəfli həyat və xidmət
yolundan, onların vətənpərvərliyindən, 2016-cı ilin Aprel
döyüşlərində, eləcə də Vətən müharibəsində erməni işğalçılarının
cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi
layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi
şücaətdən və qəhrəmanlıqlarından, tarixi torpaqlarımızın düşmən
işğalından azad olunmasından danışıblar.

Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və
qayğıya görə Dövlətimizin Başçısına, Müdafiə Nazirliyinin
rəhbərliyinə dərin minnətdarlığını bildiriblər.

Teqlər: