Koronavirusa yoluxduğuna görə dərsə getməyən müəllimlərin əməkhaqqında heç bir kəsinti olmur – RƏSMİ

Xəbər - Çingiz Səfərli – Trend:

Koronavirusa yoluxub dərsə getməyən fənn müəllimlərini həmkarları əvəz edir və onların əməkhaqlarında heç bir kəsinti olmur.

Bunu AzerTimes-a açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.

O bildirib ki, bu hal pandemiyadan əvvəl də belə tənzimlənirdi: “Yəni, hansısa bir müəllim hansısa xəstliyə görə işə gəlməyəndə onu digər müəllim yoldaşı əvəz edirdi. İbtidai siniflər distant təhsilə keçəndə isə müəllim tədrisi onlayn formada davam etdirir. Bu hallara görə müəllimin əməkhaqqında heç bir kəsinti olmur. Belə bir hal olmayıb”.

Teqlər: