Koronavirusa qarşı peyvənd vurdurmaq istəyən əcnəbilər hara müraciət etməlidir? – AÇIQLAMA

Xəbər - Çingiz Səfərli – Trend:

Ölkədə daimi yaşamaq hüququ olan əcnəbilər koronavirusa qarşı peyvənd vurdurmaq üçün Bakı Sağlamlıq Mərkəzinə müraciət edə bilərlər.

Bu barədə AzerTimes-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, daimi yaşamaq icazəsi olmayanlara isə koronavirusa qarşı peyvənd vurulması həyata keçirilmir.

Qeyd edək ki, bu il ilk 6 ayında Azərbaycanda daimi yaşayış icazəsi alan əcnəbilərin sayı 1231 nəfər olub. Ötən illə müqayisədə artım 33,3 faiz olub. 2020-ci ilin ilin birinci yarımili üzrə bu rəqəm 820 nəfər təşkil edib.

Twitter:@cingizsafarli

Teqlər: