Azərbaycan Respublikası Nazirlər Kabineti “Bakı şəhər Baş
Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb
məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına
yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb
işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi
barədə” qərarında dəyişiklik edib.
Trend xəbər verir ki, qərara əsasən, Bakı şəhər Baş Səhiyyə
İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb
məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına
yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb
işçilərinin əməkhaqlarına əlavənin ödənilməsi müddəti martın 1-dək
uzadılıb.
Qeyd edək ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində
yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ
koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə
ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına
aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində müddətli əlavə
müəyyən edilib. İndiyə qədər qüvvədə olan qərara əsasən, müddətli
əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il iyulun 1-dən 2022-ci
il yanvarın 1-dək olan müddət üçün ödənilib.