Koronavirus və digər infeksiyalarda antibiotiklərin istifadəsi doğru deyil – İnfeksionist

Xəbər - Humay Ağacanova – Trend:

COVİD-19 və digər virus infeksiyalarında antibiotiklərin istifadə edilməsi doğru deyil.

AzerTimes-ın məlumatına görə, bunu həkim-infeksionist Vüsalə Yaşar “Koronavirusla mübarizədə diqqət yetirilməli məqamlar” mövzusunda çıxışı zamanı deyib.

O bildirib ki, antibiotikin virus əleyhinə heç bir aktivliyi yoxdur.


“Xəstəxanada yatanlar ağır xəstələr olduğu üçün 48 saat sonra onlarda ikincili bakteriyal infeksiyalar müşahidə edirik. Buna görə də məcburi antibiotik veririk. Çox təəssüf ki, yaxınları xəstəxanada işləyənlər ev şəraitində müalicələrdə antibiotiklərdən istifadə edirlər. Xəstəxanada yatan xəstə ilə evdə müalicə alan eyni deyil. Hər bir xəstənin xüsusi müalicə qaydası var”, – deyə o qeyd edib.

Teqlər: