Koronavirus gözlərdə konyuktivitə səbəb ola bilir – Nazirlik

Xəbər - Humay Ağacanova – Trend:

COVID-19 virusu gözlərdə konyuktivitin yaranmasına səbəb ola
bilir.

Trend-in məlumatına görə, bu barədə Səhiyyə
Nazirliyinin mütəxəssis-eksperti Tural Qəlbinur deyib.

O qeyd edib ki, bu zaman gözlərdə qızarıqlıq, ağrı, göynəmə,
yanma və yaş axma kimi əlamətlər meydana çıxır.

“Həmçinin şəkərli diabet, hipertenziya və başqa xroniki
xəstəlikləri olan insanlarda koronavirus qanın laxtalanma sistemini
pozduğundan retinada qanama və başqa əlamətlər meydana çıxa bilər.
Əgər xəstələrdə görmənin ani zəifləməsi baş verərsə, dərhal
oftalmoloqa müraciət etməlidirlər”, – deyə o bildirib.

Teqlər: