Bakı limanı Aİ üçün prioritet strukturlardan biridir – Viktor Bojkov

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Avropa İttifaqı bütün iqtisadi layihələrdə Azərbaycanın güclü
tərəfdaşıdır.

Trend-in
məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı
nümayəndəliyinin birinci konsulu, Əməkdaşlıq üzrə rəhbəri Viktor
Bojkov “Yaşıl Limanlar və liman idarəedilməsində yeni üsullar”
mövzusunda tədbir zamanı deyib.

O bildirib ki, Aİ həm qrant maliyyələşdirməsi yolu ilə, həm də
digər vasitələrlə Azərbaycan iqtisadiyyatına dəstəyi davam
etdirəcək.

“Bizim Azərbaycanda bir çox layihələrimiz var və məqsədimiz
ölkədə biznesi daha dayanıqlı etməkdir. Bakı limanı prioritet
təşkilatlardan biridir. Əminəm ki, limanla birgə rəqəmsallaşma və “yaşıl texnologiya”lara keçid sahəsində layihələr daha da
genişlənəcək”, – deyə o bildirib.

V.Bojkov əlavə edib ki, Bakı limanı Aİ-nin investisiya
proqramına daxildir.

(Tərcümə: Orxan Nəbiyev)