Koreyada bir gündə minlərlə insan orduya yazıldı – ABŞ-a qarşı

Koreyada bir gündə minlərlə insan orduya yazıldı – ABŞ-a qarşı

Şimali Koreyada bir gün ərzində minlərlə mülki vətəndaş ABŞ-a qarşı döyüşmək üçün ölkənin silahlı qüvvələrinə qoşulmaq və ya yenidən hərbi xidmətə çağırılması üçün könüllü olaraq müraciət edib.

AzerTimes xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi mətbu orqanı “Rodonq Sinmun” məlumat yayıb.

Bildirilir ki, təkcə 17 martda 800 minə yaxın ölkənin gənclər ittifaqı üzvü Şimali Koreya ordusuna könüllü yazılıb.

Nəşr hazırda KXDR-in bütün regionlarında könüllülərin sayı artmaqda davam etdiyini yazır.

Teqlər: