Koreya Respublikasının Prezidenti Yun Sok Yoldan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Zati-aliləri.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və
Azərbaycan Respublikasının vətəndaşlarına səmimi təbriklərimi
çatdırıram.
Diplomatik münasibətlərimizin qurulmasından ötən 30 il ərzində
ölkələrimiz müxtəlif sahələrdə dostluğa əsaslanan tərəfdaşlıq
münasibətləri qurmuşdur. Ölkələrimiz və xalqlarımız arasında
əlaqələrin daha da inkişaf etdiriləcəyinə, mövcud dostluğun daha da
möhkəmləndiriləcəyinə əminəm.
Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və
gələcək işlərinizdə uğurlar, Azərbaycan Respublikasına daimi
firavanlıq arzu edirəm”.