“Kontakt”da 70%-dək endirimli “Super günlər” başladı

“Kontakt”da 70%-dək endirimli “Super günlər” başladı

“Kontakt” mağazalar şəbəkəsi “Super günlər” kampaniyası ilə bu yaz hər kəsin ürəyini fəth etməyə gəlir! Şəbəkə bu gündən başlayaraq mayın 5-dək müasir texnologiyalardan ən kiçik ev ehtiyaclarına qədər hər növ məhsula nağd alışda 70%-dək endirimlər tətbiq edir.

Üstəlik, “Kontakt” alıcılar üçün istənilən məhsulun endirimli qiymətini yerindəcə 6 aya bölərək hissə-hissə ödəmə imkanı da yaradır.

İndi isə “Super günlər”də olacaq super endirimlərin bəziləri ilə tanış olaq:

Samsung soyuducusu 50% endirimdə: Mətbəxinizdə estetika və funksionallığı eyni anda yaşamaq istəyirsinizsə, Samsung soyuducusu haqqında düşünməlisiniz. Ən son texnologiya, 311 litrlik geniş tutuma malik, qənaətli enerji sərfiyyatı, əlavə olaraq isə Super Freeze xüsusiyyətləri olan bir soyuducu indi tam 50% endirimlə 800 manata olacaq. Bu qiymətlə mətbəxiniz zəriflik, ərzaqlarınız isə uzunömürlülük qazanacaq.

Blackview qulaqlığı – indi tam 60% endirimdə: Bu təklifdən sonra naqilli qulaqlıqlarınızla birdəfəlik vidalaşacaqsınız. Çünki 36 saatadək batareya ömrü olan Blackview simsiz qulaqlığı indiyə qədər olan ən yaxşı qiymətlə təklif olunur: 50 yox, sadəcə 20 manata.

Net 200 manat endirimlə smartfon: 256 GB daxili yaddaş, 8 GB operativ yaddaş, Android 13 əməliyyat sistemi, 6,43 düymlük ekran – bu xüsusiyyətlərə malik bir smartfonu hansı qiymətə almaq olar? Biz deyək: net 200 manat endirimlə super funksional OPPO A78 smartfonu sadəcə 430 manata sizin ola bilər.

Beko qabyuyanına 480 manat endirim: Möhtəşəm keçən qonaqlığın pərdə arxasında üst-üstə yığılmış qablar… Bu mənzərə ilə sağollaşa bilərsiniz. 15 nəfərlik bir ailənin qab-qacaq təmizliyini öz üzərinə götürən Beko qabyuyanı həm də uşaqdan müdafiə və qənaətcil mexanizmlə çalışır. Siz də büdcənizə qənaət edərək 600 manat ödəməklə bu rahatlığı evinizə gətirə bilərsiniz.

Künc divanı 600 manat endirimlə: “Bəlkə divanı dəyişək?” – evinizdə bitməyən bu müzakirəyə son qoymaq vaxtı gəlib çatıb. Çünki 210×300 sm ölçüsü olan, baza və yataq mexanizmli Natura künc divanının sadəcə 800 manata olduğunu bildikdən sonra bütün tərəddüdləriniz yox olacaq.

Yazın ən böyük endirim kampaniyasında 70%-dək endirimlərdən əlavə, kredit alıcıları ilkin ödənişsiz, 24 ayadək faizsiz, komissiyasız təkliflərdən də yararlana biləcək.

Odur ki, bu böyük endirim kampaniyası haqqında daha ətraflı öyrənmək üçün sizə ən yaxın “Kontakt” mağazalarına mayın 5-nə qədər baş çəkməyiniz məsləhətdir. Əgər mağazalara gəlmək üçün vaxtınız yoxdursa, narahat olmayın, sadalan bütün şərtlər eynilə kontakt.az saytında da keçərlidir.

Teqlər: