Konqoda taun epidemiyası yayılıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Konqo Demokratik Respublikasında taun epidemiyası qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, son 3 ay ərzində ölkənin şimal-şərqində 500 yoluxma qeydə alınıb.

31 nəfər taunun qurbanı olub. Qeyd olunur ki, ölkədə əsasən bubon taunu yayılıb.

Bundan başqa, 5 nəfərdə ağciyər taunu aşkar edilib.

Konqo DR-də tauna ilk yoluxma ötən ilin noyabrında qeydə alınıb.