Konqo Demokratik Respublikasının (DRC) şimal-şərqində yerləşən İturi əyalətində islamçı Demokratik Qüvvələr Alyansı (ADF) qruplaşmasının silahlıları yaşayış məntəqəsinə hücum ediblər.
AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, hücum zamanı ən az 14 nəfər həlak olub.
11 mülki şəxs qrupun məntəqəyə hücumu zamanı, üç əsgər isə daha sonra atışmada öldürülüb. Dörd yaraqlının zərərsizləşdirildiyi bildirilir.