Brent markalı neftin qiyməti 63 dolları ötüb

“Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti Londonun “ICE” birjasında saat 03:28 (GMT+4) üçün bahalaşaraq 63,43 dollar/barel təşkil edib.

AzerTimes-ın məlumatına görə, son dəfə “Brent” markalı neftin qiyməti 2020-ci ilin yanvar ayında 63 dollardan yüksək olub.

“WTI” markalı neftin aprel fyuçerslərinin qiyməti isə 60,65 dollar/barel təşkil edib.

Teqlər: