Konqoda kafedə partlayış baş verib

Konqo Demokratik Respublikasının (KDR) Şimali Kivu əyalətinin Beni şəhərində yerləşən restoranlardan birində boma partlayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Associated Press” agentliyi şəhərin meri Narsis Mutebuya istinadən xəbər verir.

Onun sözlərinə görə, insanlar axşam saatlarında katolik Milad bayramını qeyd etmək üçün restoranda toplaşıblar və bu zaman partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində ölənlərin və xəsarət alanların sayı, dağıntıların miqyası barədə məlumat verilmir.

Bildirilir ki, partlayışdan sonra şəhər hakimiyyəti sakinləri küçəyə çıxmamağa çağırıb.