Konor Makqreqor növbəti dəfə Dastin Poryeyə uduzdu

Qarışıq döyüş növü üzrə irlandiyalı idmançı (MMA) konor Makqreqor Las-Veqasda keçirilən “UFC 264” turnirinin əsas görüşündə amerikalı MMA döyüşçüsü Dastin Porye ilə üz-üzə gəlib.

AzerTimes-ın məlumatına görə, görüş birinci raundun sonunda dayandırılıb. Belə ki, raundun sonlarına yaxın iralandiyalı döyüşçünün ayağı sınıb.

K.Maqreqor görüşü davam etdirə bilmədiyindən D.Poryeyə texniki qalibiyyət verilib.


Qeyd edək ki, yanvarın 24-də Əbu-Dabidə keçirilən “UFC 257” turnirində də K.Makqreqor D.Poryeyə uduzmuşdu.

Teqlər: