Konfrans Liqası: “Lester” yarımfinala yüksəlib

UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin cavab
qarşılaşmaları çərçivəsində Niderlandın PSV klubu İngiltərənin “Lester” klubunu qəbul edib.

Trend xəbər verir ki, oyun qonaqların 2:1 hesablı qələbəsi ilə
yekunlaşıb. “Lester”in heyətində qolları Ceyms Meddison (77-ci
dəqiqə) və Rikardu Pereyra (88), PSV-nin yeganə qolunu isə 27-ci
dəqiqədə Eran Zahavi vurub.

Beləliklə, “Lester” iki oyunun nəticəsinə əsasən (birinci oyun
0:0) UEFA Konfrans Liqasının yarımfinalına yüksəlib.

Teqlər: