Komitə sədri Saraydakı internata getdi

Komitə sədri Saraydakı internata getdi

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və “Könül dostları qrupu”nun üzvləri Saray qəsəbəsində yerləşən 2 saylı Sosial Xidmət Müəssisəsini ziyarət edib, müəssisə rəhbərliyi ilə görüşüb.

AzerTimes xəbər verir ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı Sosial Xidmət Müəssisəsinin 5 dekabr 1974-cü il tarixində “Saray 7 saylı ağıldankəm uşaqlar üçün internat evi” kimi fəaliyyətə başladığı bildirilib. Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nəzdində sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı Sosial Xidmət Müəssisəsi olaraq fəaliyyət göstərən qurumda uşaqlara hərtərəfli maddi sosial-məişət və tibbi xidmət göstərilir.

Müəssisə 5-18 yaşlı təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətin göstərilməsini həyata keçirir.

Q.Paşayeva təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün stasionar formada sosial xidmətlərin göstərilməsini, onlarla sosial işin aparılması və sosial reabilitasiyanın təşkili ilə bağlı fəaliyyəti təqdir edib, bu işi sözügedən katqeqoriyadan olan uşaqlarla iş mədəniyyəti, sosial iş və səhiyyə mədəniyyətinin örnəyi kimi xarakterizə edib. Komitə sədri müqəddəs Ramzan ayında belə müəssisələri ziyarət etməyi hər bir aydın üçün mənəvi borc kimi dəyərləndirib.

Komitə sədri və könül dostları müəssisədə çağdaş standartlara uyğun yaradılmış şəraitlə tanış olub, müalicə alan uşaqlarla hədiyyələr bağışlayıb.

Görüşdə ictimai fəal Nigar Əlizadə də iştirak edib.

Teqlər: