Komitə sədri Rəisiyə yazdı: İqtisadi sütunlar məhv olur

Komitə sədri Rəisiyə yazdı: İqtisadi sütunlar məhv olur

İran Konstitusiyasının 79-cu maddəsinə əsasən, internetdə məhdudiyyətlər maksimum 30 gün davam edə bilər. İslam Şurasından mandat almadan bu məhdudiyyətlərin davam etdirilməsi qanunsuz hərəkətdir.

AzerTimes xəbər verir ki, bunu İslam Şurasının Rəqəmsal İqtisadiyyat Komitəsinin rəhbəri Müctəba Təvangər İran prezidentinə ünvanladığı məktubda yazıb.

O, prezidentdən insanların internetə çıxışını bərpa etməyi və filtrləmə nəticəsində ölkəyə dəyən zərərin ödənilməsi üçün fond yaratmağı xahiş edib.

“Son 4 ayda onmilyonlarla vətəndaş ehtiyac duyduqları bir çox xidmət və kommunikasiyalardan məhrum edilib, onminlərlə kiçik və iri biznes isə bərpası mümkün olmayan zərərə məruz qalıb. Müxtəlif statistik məlumatlara və sənədlərə əsasən, ölkənin rəqəmsal iqtisadiyyatının sütunları artıq qırılıb”, – Təvangər bildirib

Teqlər: