Sərhədlərin delimitasiyası üzrə Azərbaycan və Ermənistan
komissiyalarının iclasını keçirmək müxtəlif səbəblərə görə mümkün
olmurdu. Brüssel görüşünün nəticəsində çox müsbət məqam ondan
ibarətdir ki, artıq mayın 23-də həm Azərbaycan, həm də Ermənistan
tərəfi komissiyanın tərkibini təsdiq etdi və komissiyanın birgə
iclası mayın 24-də baş tutdu.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri
Ceyhun Bayramov deyib.
“Bu, ilk iclas idi, böyük yolun başlanğıcı, ilk addım idi. Biz
bunu Brüssel görüşünün çox konkret nəticəsi kimi qəbul edirik”, –
deyə nazir bildirib.