Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat
(Komando) hərbi hissəsində təlim-məşqləri keçirilib.
Real döyüş şəraitinə uyğunlaşdırılaraq keçirilən praktiki
məşğələlərdə müxtəlif taktiki fəaliyyətlər icra olunub.
Komandolar təlimlərdə qarşıya qoyulan bütün tapşırıqları
müvəffəqiyyətlə yerinə yetiriblər.
Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla gecə
və gündüz keçirilən təlimlərin əsas məqsədi komandoların peşəkarlıq
səviyyəsinin artırılması və praktiki vərdişlərinin
təkmilləşdirilməsidir.