Kolumbiyada silahlı hücum: 8 polis həlak oldu

Kolumbiyada silahlı hücum: 8 polis həlak oldu

Kolumbiyanın mərkəzində yerləşən Uila inzibati bölgəsində bombalı və silahlı hücum nəticəsində 8 polis həlak olub.

AzerTimes xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti məlumat yayıb.

Hücumun Kolumbiyanın keçmiş İnqilabçı Silahlı Qüvvələri tərəfindən olunduğu təxmin edilir.

Hazırda ölkə prezidenti Qustav Petro hücuma görə Müdafiə və Daxili İşlər nazirlərinə və Milli Polisin Baş Direktoruna Neyvada təcili vəziyyət masası qurmağı tapşırıb. Özü də hücumun baş verdiyi Neiva şəhərinə yollanıb.

Teqlər: