Kolumbiyada prezident seçkilərində səsvermə başa çatıb

Kolumbiyada prezident seçkilərində səsvermə başa çatıb.

Trend “TASS”a
istinadla xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi seçki
gününün normal şəraitdə keçdiyini bildirib. Daha əvvəl müdafiə
naziri Dieqo Molano seçki məntəqələri yaxınlığında üç partlayıcı
qurğunun aşkarlandlğı barədə məlumat vermişdir.

Prezident kreslosu uğrunda altı namizəd mübarizə aparır.
Sorğulara görə, senator Qustavo Petro seçkilərin favoriti hesab
olunur.

Onun əsas rəqibləri hakim Demokratik Mərkəz Partiyasının
dəstəklədiyi sağçı “Kolumbiya uğrunda Komanda” koalisiyasından
Federiko Quterrez və Rodolfo Ernandesdir.

Səsvermənin nəticələrinə görə, namizədlərdən heç biri 50%-dən
çox səs toplaya bilməsə, iyunun 19-da seçkilərin ikinci turu
keçiriləcək.