Kolumbiyada polis helikopteri qəzaya uğrayıb, beş ölü

Kolumbiyada polis helikopteri qəzaya uğrayıb.

AzerTimes-ın Tass-a istinadən verdiyi məlumata görə, bu barədə ölkə prezidenti İvan Duke bildirib.

Bildirilir ki, qəza nəticəsində 5 nəfər həlak olub.

Qəzanın səbəbləri araşdırılır.