Kolumbiyada mədəndə partlayış olub, ən azı 11 nəfər dağıntılar altında qalıb

Ən azı 11 nəfər Kolumbiyada kömür mədənində dağıntılar altında qalıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Milli Mədəçilik Agentliyindən bildiriblər.

Məlumata əsasən, xilasetmə qrupu Boyaka departamentində Soça bələdiyyəsindəki kömür mədənində partlayış səbəbindən yaranmış fövqəladə vəziyyətdə iştirak edir:

“İtkin düşən 11 nəfərin il bağlı xilasetmə işləri aparılır”.

Üç mədənçini xilas etməyi mümkün olduğu qeyd olunur. Daha iki nəfərin də cəsədi tapıldı.