Ən azı 11 nəfər Kolumbiyada kömür mədənində dağıntılar altında qalıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Milli Mədəçilik Agentliyindən bildiriblər.
Məlumata əsasən, xilasetmə qrupu Boyaka departamentində Soça bələdiyyəsindəki kömür mədənində partlayış səbəbindən yaranmış fövqəladə vəziyyətdə iştirak edir:
“İtkin düşən 11 nəfərin il bağlı xilasetmə işləri aparılır”.
Üç mədənçini xilas etməyi mümkün olduğu qeyd olunur. Daha iki nəfərin də cəsədi tapıldı.