Kolumbiyada iri narkokartelin rəhbərlərindən biri saxlanılıb

Kolumbiyada “Körfəz klanı” adlı narkokartelin rəhbərlərindən
biri Fausto Palasios saxlanılıb.

Trend-in
məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Dieqo Molano
deyib.

Qeyd olunur ki, F.Palasios 2012-ci ildən bəri “Körfəz klanı”nın
tərkibində fəaliyyət göstərib. Onun barəsində istənilən məlumat
üçün ölkə rəhbərliyi böyük məbləğdə mükafat təyin etmişdi.

“Körfəz klanı” Kolumbiyanın ən iri cinayətkar təşkilatlarından
biridir. Ötən ilin sonunda ölkə prezidenti İvan Duke kartelin
başçısı Otoniel təxəllüslü Dairo Usuginin həbs olunduğunu elan
etmişdi.