Bu gün futbol üzrə Amerika Kubokunun 1/4 final mərhələsi çərçivəsində son iki oyun keçirilib.
AzerTimes-ın məlumatına görə, ilk oyunda Kolumbiya yığması Uruqvay millisi ilə qarşılaşıb. Oyunun əsas vaxtı 0:0 hesablı heç-heçə ilə bitib. Reqlamentə əsasən, 90 dəqiqəlik oyundan sonra bərabərlik olduğu təqdirdə, penalti seriyası təyin edilir.
Penalti seriyasında Kolumbiya yığması 4:2 hesabı ilə rəqibini məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Digər oyun Argentina və Ekvador milliləri arasında baş tutub. Oyun Argentina yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda qolları Rodriqo de Paul (40-cı dəqiqə), Lautaro Martines (84-cü dəqiqə) və Lionel Messi (90+3-cü dəqiqə) vurublar.
L.Messi oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, yarımfinal mərhələsində Argentina yığması iyulun 7-si Kolumbiya millisi ilə qarşılacaq. Digər yarımfinal matçı iyulun 6-sı Braziliya və Peru arasında baş tutacaq.