Kolonna ilə Abdullahian arasında sərt danışıq

Kolonna ilə Abdullahian arasında sərt danışıq

Fransanın xarici işlər naziri Ketrin Kolonna iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefon danışığında İranda həbsdə olan yeddi fransız girovu azad etməyi tələb edib.

AzerTimes xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Xanım Kolonna telefon danışığında Fransa vətəndaşlarının İranda saxlanmasını “özbaşınalıq” adlandıraraq İrandan beynəlxalq qanunlara hörmət etməyi xahiş edib və həmçinin İranda nümayişçilərə qarşı repressiyaları pisləyib”, – məlumatda deyilir.

Həmçinin, İran Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu telefon danışığında Əmir Abdullahian bir daha İranın ümumxalq etirazlarını “iğtişaş” adlandıraraq, Fransanın İrandakı iğtişaşları təşviq etdiyini iddia edib.

Teqlər: