Köçəryan: Paşinyan avtoritetini itirib

Köçəryan: Paşinyan avtoritetini itirib

Bir müddət əvvəl Nikol Paşinyan öz komandasının şübhəsiz avtoriteti idisə, indi bu, belə deyil. Onun komandanı nəzarətdə saxlamağa gücü çatmır.

AzerTimes xəbər verir ki, bunu erməni siyasi strateq Karen Köçəryan deyib.

“Hamı başa düşür ki, Paşinyan müraciəti ilə 2018-ci il oktyabrın 2-də parlamentin binasını mühasirəyə alan həmin Paşinyan deyil. O, indi mitinq belə keçirə bilmir. Paşinyanın da tərəfdarları var, amma bu, şübhəsiz ki, küçələrə çıxıb onun uğrunda mübarizə aparacaq kontingent deyil”, – o bildirib.

Teqlər: