Köçəryan: Azərbaycan sərhədə ordu toplamır

Köçəryan: Azərbaycan sərhədə ordu toplamır

Hazırda Ermənistan-Azərbaycan sərhədində Azərbaycan qoşunlarının cəmləşməsi müşahidə olunmur.

AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının rəhbəri, hakim “Mülki müqavilə” fraksiyasının deputatı Andranik Köçəryan deyib.

“Hazırda sərhəddə heç bir qoşun yığılması müşahidə olunmur və nə bu gün, nə də sabah genişmiqyaslı müharibə olacaq. Amma sabahkı gün nə baş verəcəyi bizim ölkəmizdə təhlükəsizlik problemlərinə necə yanaşdığımızdan və onların həlli üçün hansı konstruktiv addım atacağımızdan asılıdır”, – o bildirib.

Teqlər: