KOBSKA media nümayəndələri ilə iftar süfrəsində görüşüb (FOTO)

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası
(KOBSKA) ölkəmizdə fəaliyyət göstərən öndə gələn kütləvi
informasiya vasitələrinin nümayəndələri ilə iftar süfrəsi ətrafında
təşkil edib. Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
idarə heyətinin sədr müavini Hikmət Məmmədov, Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) mətbuat katibi
Elnur Niftəliyev, Ailə Qadın və Uşaq Komitəsinin sədrinin köməkçisi
TeymurMərdanoğlu bir sıra media qurumlarının rəhbərləri,
teleaparıcı və jurnalistlər iştirak edib.

Bir-birindən dəyərli və tanınmış simaların qatıldığı görüşdə
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının
(KOBSKA) İdarə Heyətinin sədri Nigar Ələsgərova
çıxış edərək, KOBSKA-nın fəaliyyəti və qarşıya qoyulan hədəflərdən
danışıb. KOBSKA-nın sonrakı fəaliyyətlərində media nümayəndələri
ilə əməkdaşlığa hazır olduğunu bildirib və onlara təşəkkür edib.
Eyni zamanda sıx əməkdaşlığın təmin olunması üçün sahibkarlıq
fəaliyyəti ilə məşğul olan media nümayəndələri və qurumları ilə
bərabər yeni klubun təsis olunması təklifini irəli sürüb. İftar
süfrəsi ətrafında görüş pozitiv notlarla yadda qalıb.

Qeyd edək ki, Kiçik və Orta Biznes Subyektləri və Klublarının
Assosiasiyası (KOBSKA) 13 may 2020-ci ildə təsis olunub, 30 iyun
2020-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Dövlət
qeydiyyatına alınmışdır. KOBSKA sahibkarların maarifləndirilməsi,
inkişaf etdirilməsi, müasir səriştələrin aşılanması, şəbəkələşmə,
mübadilə və kommunikasiya, habelə beynəlxalq təcrübənin tətbiqi
üçün vahid platforma ilə çıxış etmək iddiasını özündə əks
etdirir.

Teqlər: