KOBİA və Rusiyanın KOB Korporasiyası arasında Protokol imzalandı (FOTO)

Aprelin 26-da Bakıda keçirilən Azərbaycan Respublikası ilə
Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə
Hökumətlərarası Dövlət Komissiyasının iclası çərçivəsində Kiçik və
Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Rusiyanın Kiçik və
Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyası (KOB
Korporasiyası) arasında Niyyət Protokolu imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və KOB
Korporasiyasının baş direktoru Aleksandr İsaeviç imzalayıblar.

Niyyət Protokolunda KOB-ların hər iki ölkənin bazarlarına çıxış
imkanlarının genişləndirilməsi, təcrübə mübadiləsi, birgə biznes
tədbirlərinin təşkili, iş adamlarının hər iki ölkədə keçirilən
tədbirlərdə iştirakının təşviq olunması, sahibkarlar arasında
əməkdaşlıq əlaqələrinin inkişafı üzrə daimi fəaliyyət göstərən
platformanın yaradılması və s. məsələlər nəzərdə tutulur.

Teqlər: