Kobaxidzenin Ramazan paylaşımı: Unikal mədəniyyət…

Kobaxidzenin Ramazan paylaşımı: Unikal mədəniyyət…

Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkədə yaşayan müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.

AzerTimes xəbər verir ki, bununla bağlı Kobaxidze Feysbuk hesabında paylaşım edib.

“Müsəlman qardaşlarımız, bu gün sizinlə olmaqdan şadam. Özəl şəkildə qeyd etdiyiniz əzəmətli inanc bayramınız münasibətilə sizi təbrik edirəm. Biz gürcü xristianları ilə müsəlmanlar arasında inkişaf edən çoxəsrlik tarixi əlaqələrimizlə fəxr edirik. Gürcüstanda yaşayan, sizin unikal mədəniyyətiniz bizim mədəniyyətimizin ayrılmaz hissəsidir”, – Kobaxidze qeyd edib.

Teqlər: