Kobaxidze Cümə məscidini ziyarət etdi – Foto

Kobaxidze Cümə məscidini ziyarət etdi – Foto

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ramazan bayramı münasibətilə paytaxt Tiflisdə yerləşən Cümə məscidini ziyarət edib.

AzerTimes Report-a istinadən xəbər verir ki, o, bayram münasibətilə müsəlmanlara təbriklərini çatdırıb.

Hökumət başçısı Gürcüstanda tarixən müxtəlif etnik və dini mənsubiyyətə məxsus insanların birgə, dinc şəraitdə yaşadığını söyləyib.

İ.Kobaxidze Gürcüstanın müsəlman icmasının ölkənin inkişafına böyük töhfə verdiyini vurğulayıb.

Ramazan bayramı münasibətilə təşkil edilmiş mərasimdə Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri Faiq Quliyev, Ali Kaan Orbay, diplomatlar, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Teqlər: