Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-a səfərini ləğv etmək qərarına gəlib. Çünki Amerika “Xarici agentlər haqqında” qanun layihəsinə baxılmasını dayandırmağı tələb edib.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Gürcüstanın Baş naziri ABŞ-a bir şərtlə dəvət olunub ki, səfərdən əvvəl ölkə parlamenti “Xarici təsirin şəffaflığına dair” qanun layihəsinə baxılmasını müvəqqəti dayandırsın. Şərti səfərin həyata keçirilməsi etimad və qarşılıqlı hörmətə əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir və bu barədə ABŞ səfirinə ətraflı izahat verilib”, – bəyanatda deyilir.