Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Çinə səfərini qeyri-müəyyən vaxta təxirə salıb.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Kleverlinin səfərinin təxirə salınmasının əsas səbəbi hazırda Çin xarici işlər nazirinin olmamasıdır.
Qeyd edək ki, Çinin XİN rəhbəri Qin Qanq barəsində cinayət işi açılıb. Qanqın nikahdan kənar əlaqələri barədə xəbər yayıldıqdan sonra isə o, yoxa çıxıb.