AB-nin Cənubi Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvana səfəri çərçivəsində Baş nazir Nikol Paşinyanla görüşüb.
AzerTimes xəbər verir ki, görüşdə AB-nin Ermənistan üzrə nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorin də iştirak edib.
Paşinyan Avropa Şurasının rəhbəri Şarl Mişelin refionda stabillik və qarşılıqlı anlaşma mühitinin güclənməsindəki fəaliyyətini yüksək qiymətləndirdiyini deyib.
Görüşdə Cənubi Qafqazda baş verən hadisələr, sülh və stabillik üçün atılan addımlara toxunulub. Eyni zamanda Soçi və Brüsseldəki üçtərəfli görüşlərin nəticələri müzakirə edilib.
Ermənistan Baş naziri yenə də Azərbaycan ərazisindəki “erməni irsinin qorunması” məsələsindən bəhs edib.
Tərəflər Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması prosesi haqda da danışıblar.
Qeyd edək ki, Klaar İrəvandan sonra Bakıya səfər edəcək.