Kiyevin Moskvaya hücumu: 3 aeroport bağlandı

Kiyevin Moskvaya hücumu: 3 aeroport bağlandı

17 mart 09:39-dan etibarən Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanlarının fəaliyyətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artyom Korenyako öz Teleqram kanalında bildirib.

O bildirib ki, aeroportlara məhdudiyyətlər təhlükəsizlik səbəbi ilə bağlı idi.

Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna PUA-sının Moskvaya hücum etdiyi barədə məlumat yayılmışdı.

Xatırladaq ki, AZAL təyyarəsi də Domodedovo bağlı olduğu üçün Şeremetyevo aeroportuna enib.

Teqlər: