Kiyevin bugünkü zərbələrdə itkiləri açıqlandı

Kiyevin bugünkü zərbələrdə itkiləri açıqlandı

Bu gün Kiyevə endirilən zərbələr nəticəsində 6 nəfər həlak olub.

AzerTimes xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasından məlumat verilib.

Qeyd olunur ki, Şevçenko rayonuna iki zərbə olub:

“Yol zədələnib. 6 avtomobil yanıb, daha 15 avtomobil zədələnib. 6 nəfər ölüb, 31 nəfər yaralanıb”.

Bildirilib ki, Svyatoşinski rayonunda isə birmərtəbəli bina uçub, üç nəfər xəsarət alıb. Qoloseyevski rayonunda da müxtəlif kritik infrastruktur obyektlərinə üç zərbə endirilib. Onlardan biri məktəbə düşüb. 13 nəfər xəsarət alıb. 12 nəfər xilas edilib, 24 nəfər təxliyə edilib.

Desnyanski rayonunda kritik infrastruktur obyekti vurulub, nəticədə bir nəfər yaralanıb.

Teqlər: