Kiyevin bu qərarı təhqiramiz və bezdiricidir – Tiflis

Kiyevin bu qərarı təhqiramiz və bezdiricidir – Tiflis

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə bağlı istənilən məsləhətləşmələrə qarşıyıq.

AzerTimes xəbər verir ki, bunu hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze deyib.

O bildirib ki, Gürcüstanın Ukraynadakı səfiri bir çoxlarından, xüsusən də Kiyevin strateji tərəfdaşlarının səfirlərindən fərqli olaraq, müharibənin ilk günündən ölkədən çıxmayan şəxs olub:

“Səfirimiz Ukraynanın paytaxtında qalıb və bir çox işlərin öhdəsindən gəlib, onun humanitar, siyasi dəstək baxımından rolu çox mühüm idi. Bunu nəzərə alsaq, Ukrayna hakimiyyətinin belə bir addımı təhqiramiz, çox üzücü və bezdiricidir”.

Qeyd edək ki, Ukrayna gürcü səfirinin Tiflisə qayıdıb, Saakaşvilinin Kiyevə köçürülməsinin mümkünlüyü barədə Gürcüstan hakimiyyəti ilə məsləhətləşmə aparmasını tələb etmişdi.

Teqlər: