Kiyevin bəyanatları bizim üçün xoş olmadı – Qaribaşvili

Kiyevin bəyanatları bizim üçün xoş olmadı – Qaribaşvili

Biz bütün ölkələrin suverenliyinə hörmət edirik, lakin ən çox öz ölkəmizi sevirik.

AzerTimes xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.

Baş nazir vurğulayıb ki, Gürcüstan hökumətinin başlıca öhdəliyi ilk növbədə öz əhalisini qorumaqdır:

“Əlbəttə, Ukrayna hakimiyyətinin nümayəndələrindən eşitdiyimiz bəyanatlar bizim üçün xoş olmadı, amma burada qeyd etmək istərdim ki, Ukrayna, hökuməti və xalqı hazırda müharibə vəziyyətindədir, buna görə də bu mövzuda lazımsız açıqlamalar vermək istəmirik. Qeyd edim ki, bizim əsas vəzifəmiz öz milli maraqlarımızı qorumaqdır. Mən dəfələrlə demişəm və biz bunu öz siyasətimizlə, fəaliyyətimizlə təsdiq etmişik ki, biz təbii olaraq bütün ölkələrin suverenliyinə hörmət edirik, lakin hər şeydən çox ölkəmizi sevirik. Buna görə də bizim hamımızın əsas borcumuz ilk növbədə ölkəmizin mənafeyini qorumaqdır”.

Teqlər: