Kiyevdən çağırış: Saakaşvilini bizə verin!

Kiyevdən çağırış: Saakaşvilini bizə verin!

Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvili ilə bağlı bəyanat yayıb.

AzerTimes xəbər verir ki, bəyanatda eks-prezidentin Kiyevə təhvil verilməsi istənilib.

“Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstanda dəmir barmaqlıqlar arxasında saxlanılan Ukrayna vətəndaşı Mixail Saakaşviliyə qarşı qeyri-insani rəftara kəskin etiraz edir. İnsan hüquqlarının kobud şəkildə pozulması Gürcüstanın bəyan etdiyi kursa ziddir. Biz Gürcüstan hakimiyyətini Mixail Saakaşvilini ələ salmağı dərhal dayandırmağa və onu Ukraynaya təhvil verməyə çağırırıq”, – mesajda deyilir.

Teqlər: