Kiyevdən Ankaranın danışıqlarla bağlı açıqlamasına reaksiya

Kiyevdən Ankaranın danışıqlarla bağlı açıqlamasına reaksiya

Mənə elə gəlir ki, son vaxtlar çoxlu spekulyativ şeylər ortaya çıxıb: hansı danışıqlar, hansı istiqamətdə aparılacaq. Mənə elə gəlir ki, müharibənin 128-ci günündə bir şeyə öyrəşmək lazımdır. Başlanacaq hər şey prezident Zelenskinin təşəbbüsü ilə olacaq.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak Türkiyənin Rusiya və Ukrayna ilə danışıqlara hazırlıqla bağlı açıqlamalarına reaksiya verərkən bildirib.

“Zelenski həmişə birbaşa deyir ki, biz burada danışıqlar aparacağıq, filan mövzuları, təklifləri müzakirə edəcəyik. Hələlik prezident Zelenski bu barədə açıqlama verməyib. Qalan hər şey daha çox daxili bazar üçün, yaxud da Qara dəniz bölgəsi üçün edilir. Burada bizim üstünlüyümüzü göstərmək üçün çoxlu bəyanatlar verilir”, – Podolyak söyləyib.

Teqlər: