Kiyevdə raket qalıqlarının düşməsi nəticəsində yaşayış binasında yanğın baş verdiyi bildirilir

Kiyevdə yaşayış binasına raket qalıqları düşməsi nəticəsində,
ilkin məlumata görə, biri ağır olmaqla 3 nəfər yaralanıb.

Trend yerli KİV-ə istinadən xəbər verir ki, bunu Kiyev şəhərinin
meri Vitali Kliçko Telegram-kanalında bildirib.


“Təcili yardım maşınları insanları xəstəxanalara aparır. Hadisə
yerində bütün lazımi qəza-xilasetmə qüvvələri işləyir. Ev yanır,
çökmə təhlükəsi var”, – V. Kliçko bildirib.

Teqlər: